UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunu adına namizəd qarşılaşmalar açıqlanıb.
Siyahıda "Qarabağ"ın Bakıda Kipr "Omoniya"sı ilə 2:2 hesablı heç-heçə etdiyi qrup mərhələsinin V tur matçı da yer alıb. 88-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Patrik Andradenin 2-ci topu rəqibin qapısından keçirməsi və cəmi 2 dəqiqə sonra Xordi Qomesin meydanın mərkəzindən vurduğu qolla tarazlığı bərpa etməsi görüşün ən yadda qalan anı kimi təqdim olunub. 10 oyun arasından ən yaxşısı azarkeşlərin səsverməsi ilə seçiləcək.